Gəncə şəhər MKS-nin Uşaq şöbəsinin 09.10.2019-cu il tarixində təşkil etdiyi kitab təqdimatı məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə “əsəri oldu.Şöbənin şöyük kitabxanaçısı Aytən Əliyeva ilk öncə oxuculara yazıçı haqqında məlumat verdi, bildirdi ki, yazıçıya dünya şöhrəti gətirən bu əsər həm böyüklər, həmdə uşaqlar tərfindən maraqla oxunur. Kitabda bir planetdə yaşayan Balaca Şahzadənin gözü ilə böyüklərin, yetkin insanların həyatı, düşüncələri, həyat fəlsəfələrindən söhbət gedir.
Qeyd olundu ki, oxucular kitabı nə zaman istəsələr Uşaq Kitabxanasının fondundan əldə edə bilərlər Kitab təqdimatında kitabxananın oxucuları və 32 nömrəli tam orta məktəbin bir qrup şagird və müəllim kollektivi iştirak etdi.