. Hər xalçanın ərzi gəzən sədasında
Alqışlayıb sonaların kamalını,
Sən diriltdin Mir Cəlalın nidasında
“İtə atar, yada satmaz!” amalını.
Tüğyanların ümman-ümman, Azərbaycan!
Dünya bir yan, sən bir yansan, Azərbaycan!
Bu gün Gəncə şəhər Mərkəzi kitabxananın oxu zalında, “Həqiqət, düzlük, səmimiyyət aşiqi” adlı, Azərbaycan ədəbi-bədii fikir və elm tarixində özünəməxsus yer tutan ,böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl müəllim, görkəmli yazıçı, müdrik alim kimi üç müqəddəs sənəti – yaradıcı dünyanı, peşəni öz müdrik şəxsiyyətində cəmləşdirən Mir Cəlal Paşayevin vəfatının ildönümünə həsr olunmuş kitab sərgisi və dəyirmi masa keçirildi.