27.09.2019-cu il tarixə MKS-nin 24№li kitabxana filialı, vətənpərvərlik mövzusunda Azərbay-
canda, Qafqazda ilk qadın təyyarəçi Leyla Məmmədbəyovanın anadan olmasının 110 illiyi münasibətilə “Hərb tariximizi vərəqləyərkən...” adlı dəyirmi masa keçirdi. Tədbirdə iştirak edən 24№li orta məktəbin Gənclərin Çağrışa Qədərki Hərbi Hazırlıq rəhbəri Asif Tofiqli təyyarəçilərin döyüş meydanında, müharibədə çox böyük həlledici rolları olduğunu söylədi. Asif Tofiqli Leyla Məmmədbəyovanın II dünya müharibəsində nə qədər təyyarəçi, desant və 4 min paraşütçü hazırlayıb cəbhəyə yolla salmasından danışdı və onu da qeyd etdi ki, Qarabağ döyüşlərində də qadınların əməyi az olmamışdır. Leyla Məmmədbəyovanın böyük oğlu İkinci dünya müharibəsində, kiçik oğlu isə Qarabağda vuruşmuşdur
Tədbir iştirakçılarına videoçarxla hərbi paradda təyyarəçilərin göstərdiyi manevrlər nümayiş etdirildi.