Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Həyat ücün doğulmuşuq, vətən üçün ölməliyik.

18.09.2019

18.09. 2019 –cu ildə şair, publisist, 20 yanvar şəhidi Bünyadzadə Ülvi Yusif oğlunun anadan olmasının 50 illiyi münasibətilə 1saylı kitabxana filialında anım günü keçirildi. Kitabxananın müdiri Züleyxa Məlikova Ülvinin qısa, 21 illik həyat yolundan, onun bu müddət ərzində yaradıcılığından, ölümündən sonra nəşr olunmuş kitabları haqqında danışdı və qeyd etdi ki, Ülvinin özü üçün yazdığı “ And” bu gün hər bir azərbaycanlı gəncinə örnək olmalıdır.