Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən uğrunda

24.09.2019

Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. 24.09.2019-cu il tarixində Gəncə şəhər MKS-nin Uşaq şöbəsində vətənpərvərlik mövzusuna həsr olunmuş söhbətdə Azırbaycanın Milli Qəhramanı Əhmədov Natiq İlyas oğlundan bəhs edildi. Tədbirdə şöbənin müdiri Rəhimova Ellada iştirakçılara qəhrəmanın həyatı və onun Dağlıq Qarabağda keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verdi.