Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qoy həmişə sülh olsun”

20.09.2019

Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 №-li kitabxana filialında Beynəlxalq Sülh günü münasibəti ilə “Qoy həmişə sülh olsun” başlığı altında söhbət keçirildi. Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq tədbir iştirakçılarına Beynəlxalq Sülh günü haqqında geniş məlumat verdi. Mir Cəlal Paşayev adına 39 №-li tam orta məktəbin tarix müəllimi Vəfa Həsənova çıxış edərək bildirdi ki, sülh - hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir. Dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 sentyabr tarixinin Beynəlxalq Sülh günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Tədbirdə kitabxananın fəal oxucuları ilə yanaşı Gəncə Dövlət Rəsm Qalereyasının və Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi iştirak etdi.