Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli musiqimizin sehri”

18.09.2019

Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 №-li kitabxana filialında Milli musiqi günü münasibəti ilə “Milli musiqimizin sehri” başlığı altında müsiqi saatı keçirildi. Tədbiri filialın müdiri Esmira Həsənova açaraq tədbir iştirakçılarına musiqi günü haqqında geniş məlumat verdi. Sonra Mədəniyyət evinin direktoru Pərvin Nəzərəliyeva çıxış edərək Azərbaycanın profesional musiqisinin banisi Üzeyir bəy Hacıbəyli haqqında məlumat verdi. Milli musiqimizin tacı – Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutmasından bəhs etdi. Sonra Gəncə Musiqi Kollecinin müəllimi Elnarə Hacıyevanın ifasında bəstəkarın “Sevgili canan” və “Sənsiz” romansları fortepianoda səsləndirildi. Tədbirin sonunda bəstəkarın həyat və yaradıcılığını əks etdirən “Üzeyir ömrü” adlı film nümayiş olundu. Tədbirdə həmçinin bəstəkarın kitablarından ibarət “Əbədi iftixarımız” başlıqlı sərgi təqdim olundu.