Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 sentyabr Milli Musiqi günüdür

18.09.2019

Gəncə şəhəri Uşaq İncəsənət Məktəbində Azərbaycanın dahi bəstəkarı üzeyir hacıbəylinin ad günü ilə bağlı musiqi bayramı keçirildi. Nəzəriyyə şöbəsinin müəllimi Əliyeva Şəhla bəstəkarın həyat və yaradıcılığından danışdı. Bəstəkarın “Cəngi”, “Döyüşçülər marşı”, “Axşam oldu” əsərləri, tar sinfinin şagirdlərinin ifasında səsləndi. Sonra səhnədə “Arşın mal alan” musiqili komediyasında musiqi parçalarını vokal şöbəsinin şagirdləri ifa etdilər. Konsertinsonunda A.Rzayeva, P.Çaykovskiy, M.Maqomayev, T.Quliyev və digər bəstəkarların əsərləri şagirdlərin ifasında səsləndi. Yekunda məktəbin direktoru ramail Atayev çıxış edərək bütün kollektivi musiqi bayramı münasibəti ilə təbrik etdi.