Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hacı Murad” əsərinin müzakirəsi keçirildi.

24.12.2017

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 24.12.2017-ci il tarixində Böyük rus yazıçısı, publisist, filosof və rus mədəniyyətinin nəhəng siması dahi L.Tolstoyun anadan olmasının 135 illiyi münasibətilə “Hacı Murad” əsərinin müzakirəsi keçirildi.

Şöbənin kitabxanaçısı Nərmin Həsənova iştirakşılara yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Müzakirə zamanı şagirdlərin fikirləri, düşüncələri əsər haqqında olan maraqlı təəssüratları tədbiri daha da canlandırdı. Baş qəhrəman avar Hacı Muradın həm özününkülərlə, həmdə ruslarla mübarizə aparmaq məcburiyyətində qalmasından ətraflı söhbət aparıldı. Sonda şagirdlər L.Tolstoyun əsərlərindən ibarət kitab sərgisi ilə tanış oldular və yazıçının həyat və yaradıcılığından bəhs edən video-çarxa tamaşa etdilər.