17.09.2019-cu il tarixdə Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Azərbaycan xalq nağıllarından ibarət nağıl saatı keçirdi.
MKS-in 15 saylı kitabxana filialının kitabxanaçısı Məlikova Esmira”Cəsur qarğa”,”Kəndirbazın kosası,”Paslı qılınc”,”Cırtdanin kələyi”,”Ac qurdun nağılı”,”Ovçu Pirim” nağıllarını uşaqlara danışdı.Kitabxanaçı bu nağılların məzmununu izah edərək, tövsiyyə etdi ki,uşaqlar,həmişə qardaş-bacılarlnıza,ata-ananıza hörmət edin,onların qayğısına qalın. Yalançı,hiyləgər,ikiüzlü,qorxaq uşaqlarla dostluq etməyin,həmişə xoş niyyətli olun. Nağıl saatında 31-saylı bağçanın uşaqları iştirak etdilər. Tədbir uşaqlarda xoş təəssürat yaratdı.