Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

15 sentyabr – Bilik günü

16.09.2019

Bu gün respublikamızın hər yerində Bilik günü qeyd olunur. Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr – Bilik günü Gəncə şəhər Molla Pənah Vaqif adına 8№-li otra məktəbdə də böyük coşqu ilə qeyd olundu. Bu məqsədlə Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Mərkəzdə yerləşən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№-li kitabxana filialının əməkdaşları həmin məktəbdə oldular. Məktəbə ilk qədəmlərini atan birinciləri təbrik edən əməkdaşlar onlara bu yolda uğurlar arzuladılar. Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva ,böyük kitabxanaçı Mirvari Cəfərova birinciləri ilk dərs günü münasibətilə təbrik etdi və onlara yeni bilikləri öyrənməyi, vətəninə, xalqına layiqli övlad olmağı arzuladı. Kitabxanaçı Tünzalə İsmayılova çıxışına Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın bugünki gənc nəsli gələcək Azərbaycanı yüksəkliklərə qaldıracaqdır” sözü ilə başlayaraq, şagirdlərə uğurlar arzuladı. Məktəbin müəlliməsi Etibar Kərimova məktəbə ilk qədəmlərini qoyan şagirdlərin sevincinə qoşularaq onları təbrik etməyə gələn əməkdaşlara öz minnətdarlığını bildirdi.