Goranboy Dövlət Rəsm Qalereyasında Sülh aylığı ilə bağlı «Azərbaycan sülh sevər Dövlətdir» başlığı altında sərgi təşkil edilmişdir. Sərgidə vətənpərvərlik mövzusunda rəsm əsərləri nümayiş olundu.
Qalereyanın direktoru Çinarə Abdullazadə çıxış edərək bildirdiki, əvvəlki illərdə olduğu kimi, bu il də Goranboy Dövlət Rəsm Qalereyasında 21 avqust - 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində bir sıra tədbirlər keçirilir. Qeyd edək ki, Ənənəvi olaraq hər il keçirilən “Sülh aylığı” əhalinin müxtəlif təbəqələrinin diqqətini sülhün və insan hüquqlarına hörmətin vacibliyinə cəlb etmək məqsədilə keçirilir. Beynəlxalq sülh günü – 21 sentyabr tarixində bütün dünyada qeyd olunan bayramdır.