Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Torpaq, uğrunda ölən varsa, Vətəndir”

19.08.2019

19.08.2019-cu il tarixdə Gəncə şəhər MKS-nin Uşaq şöbəsində Azərbaycanın Milli Qəhrəmanı Həsənov Məhəmməd Ələsgər oğlunun anadan olmasının 60 illiyi münasibətilə, “Torpaq, uğrunda ölən varsa, Vətəndir” adlı xatirə - anma günü keçirdi. Şöbənin kitabxanaçısı Nərmin Həsənova, xalqımızın şanlı qəhrəmanlıq tarixindən, onların keçdiyi əsil vətənpərlik yolundan danışdı. Qeyd etdi ki, torpaqlarımızın azadlığı uğrunda minlərlə Azərbaycan oğulları mübarizəyə qalxmış, bu insanlar ölkəmizin ən ali fəxri adına – Azərbaycan Respublikasının Milli Qəhrəman adına layiq görülmüşlər. Milli Qəhrəmanların həyat yolunu, döyüş şücaətlərini isə hər bir Azərbaycan vətəndaşı bilməli, ondan nümunə götürməlidir. Belə qəhrəmanlardan biridə Azərbaycanın Milli Qəhrəmanı Həsənov Məhəmməd Ələsgər oğludur. Kitabxanaçı iştirakçılara qəhrəmanın həyatı və keçdiyi şücaətli döyüş yolu haqqında ətraflı məlumat verdi.