Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Kitab xülasəsi”

16.08.2019

Musiqi –not fonoteka şöbəsinə daxil olan yeni kitabların xülasəsi. 
Görkəmli bəstəkar, Respublikanın xalq artisti, professor T. Bakıxanov 1930-cu ildə Bakı şəhərində görkəmli sənətkar, muğam ustadı-Respublikanın Xalq artisti, tarzən, pedaqoq Əhməd Bakıxanovun ailəsində dünyaya göz açmışdır.
Xalqımızın uzun illər boyu ruhən qidalanaraq mənəvi zövq aldığı muğam sənəti neçə minillik zəngin bir tarixə malikdir. Onu da qeyd etmıliyik ki, muğamlarımız uzun əsrlərdən bəri müxtəlif alim, musiqişünas və həmin muğam sənətinin ifaçıları vasitəsilə sürətli inkişaf yolu keçərək hal-hazırda ən yüksək mərhələsinə çatmışdır.
Muğamlarımızı simfoniyalaşdırmaq ideyası Azərbaycan musiqisində peşəkarlığın formalaşdığı dövrə təsadüf edir. Bu janrın inkişafına layiqli töhvə verən bəstəkarlar arasında Tofiq Bakıxanovun özünəməxsus yeri vardır.
Simfonik muğam yaradıcılığı sahəsində o inamlı addımlar atır, bu inkişaf yolunun məzmunluğu muğamların seçilməsi ilə səciyyələnir. Bəstəkarın marağı az ifa olunan muğamlara-"Nəva" (1978), "Humayun" (1992), "Rahab" (1994), "Şahnaz" (1996), "Dügah" (1998) yönəlmişdir.