Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dilimiz milli-mənəvi sərvətimizdir

01.08.2019

Gəncə şəhər MKS-nin Uşaq şöbəsində 01.08.2019-cu il tarixində 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Dilimiz milli-mənəvi sərvətimizdir" başlığı altında sərgi təşkil olunmuşdur.

Şöbənin kitabxanaçısı Nərmin Həsənova iştirakçılara,ana dilimizin zənginliyindən, müqəddəsliyindən, zaman-zaman ulu Vətənimiz kimi ,müxtəlif təcavüzlərə məruz qalsa da, özünəməxsusluğunu qoruyub saxlamasından, nəsillərdən-nəsillərə ötürülərək yaşamasından danışdı.. Sonra sərgilənən kitablar haqqında ətraflı məlumat verildi. Sərgidə Azərbaycan dilinin tarixi zənginliyindən bəhs edən kitablar nümayiş olunurdu. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.