Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İngilis dili öyrənək”

05.08.2019

05.08.2019-cu il tarixdə MKS-nin 19№-li kitabxana filialında Yay məktəbi ilə əlaqədar fəaliyyət göstərən “İngilis dili öyrənək” adlı ingilis dili kursunun növbəti məşğələsi keçirildi. Məşğələni aparan BMU-nun V kurs tələbəsi Sevil Əliyeva uşaqlara ingilis dili dərsindən sonra “Samuel’s sprout” kitabını uşaqlara oxutdurdu. Böyük maraq və həvəslə tədbirdə iştirak edən uşaqlar tədbirin sonunda onları maraqlandıran sualları Sevil Əliyevaya verdilər. Müəllimə sualları cavablandırdıqdan sonra uşalara ev tapşırıqları verdi.