Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ağ atlı oğlan”

02.08.2019

Avqustun 2-də Azərbaycanda Milli Kino Günü qeyd olunur. Bu münasibətlə Gəncə şəhər Mərkəzi kitabxananın Musiqi-not fonoteka şöbəsi söhbət və film nümayişi keçirdi. Şöbənin böyük kitabxanaçısı Nabat Şükürova tədbir iştirakçılarına Azərbaycan kinosunun yaranması tarixindən , və nümayiş etdirilən “Ağ atlı oğlan” filmi haqqında məlumat verdi. Rejissor Ənvər Əbluc tərəfindən 1995-ci ildə ekranlaşdırılmış “Ağ atlı oğlan” tammetrajlı bədii filmində hərbi-vətənpərvərlikdən, Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından bəhs edilir.