Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dil könülləri fəth edən böyük insan gücüdür”

01.08.2019

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 1 Avqust Azərbaycan Əlifbası və Ana dili günü münasibəti ilə “Dil könülləri fəth edən böyük insan gücüdür” mövzusunda informasiya saatı keçirildi. Böyük kitabxanaçı Mirvari Cəfərova Azərbaycan Əlifbası və Ana dili günü haqqında iştirakçılara məlumat verdi və bildirdi ki, bu günün qeyd edilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Ulu öndər Heydər Əliyev Azərbaycan dilini dövlətçiliyimizin başlıca əlamətlərindən biri sayaraq, onun inkişaf etdirilməsi qayğısına qalmışdır. Ana dilimiz haqqında ulu öndərimiz Heydər Əliyev demişdir: “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.”