22.12.2017
22.12.2017-ci il tarixdə Samux rayon Mərkəzi Kitabxana Sistemində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə dair və Yeni ilin gəlişi ilə bağlı “Həmrəy olaq və yeni ilə birgə cıxaq” başlığı altında geniş tədbir təşkil olunmuşdur. Tədbirə İcra Hakimiyyətinin məsul işciləri, Mərkəzi Mədəniyyət evinin kollektivi, YAP təşkilatının kollektivi, Gənclər və İdman idarəsinin işçiləri, Heydər Əliyev mərkəzinin kollektivi, Ruzigar qəzetinin baş redaktoru, Mədəniyyət işcilərinin Həmkarlar təşkilatının sədri , Mərkəzi Kitabxananın kənd kitabxana filialları və Təsil şöbəsinin kollektivi yaxından iştirak edirdilər. Tədbirə dəvət olunmuş hər bir kəs Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə və yeni ilin gəlişi ilə bağlı öz ürək sözlərini və təbriklərini söylədilər. Yeni il şənliyində iştirak etmiş balaca fidanlar və məktəblilər Məkəzi Kitabxananın foyesində qurulmuş geniş yolkanın ətrafında rəqs etdilər və şeirlər söylədilər. Sonda Şaxta baba və qar qız uşaqlarla rəqs etdi və onlara hədiyyələr payladılar.