Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıl Şıxlı – 100

29.07.2019

Gəncə şəhər MKS-nin 11 №-li kitabxana filialında görkəmli nasir, ədəbiyyatşünas, xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasınn 100 illiyi münasibəti ilə “Dəli Kür” Azərbaycan filminin nümayişi oldu. Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq iştirakçılara yazıçının həyatı, yaradıcılığı haqqında məlumat verdi və “Dəli Kür” kitabının qısa xülasəsini etdi. Sonra isə yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında quruluşçu rejissor Hüseyn Seyidzadənin 1969-cu ildə çəkdiyi tammetrajlı “Dəli Kür” bədii filmi nümayiş olundu. Tədbirin sonunda iştirakçılarla birlikdə filmin sujet xətti, mənfi və müsbət obrazları disput formasında müzakirə edildi. Tədbirdə kitabxananın fəal üzvləri ilə yanaşı Nizami Gəncəvi Muzeyinin, Gəncə Dövlət Rəsm Qalereyasının, Tarix Diyarşünaslıq Muzeyinin işçiləri iştirak etdi.