Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitab sərgisi

26.07.2019

Gəncə şəhər MKS-nin 11 №-li kitabxana filialında fonda yeni daxil olmuş ədəbiyyatın təbliği ilə bağlı kitab sərgisi təşkil olundu. Tədbiri filialın müdiri Esmira Həsənova açaraq sərgi haqqında məlumat verdi və İngilis yazıçısı, fantastik roman ustası Herbert Uells Corcun “Seçilmiş əsərləri”, Fransa realist yazıçısı Qustav Floberin “Madam Bovari”, fransız yazıçısı Marsel Prustun “Svana doğru” kitablarının qısa xülasəsini etdi. Sərgidə dünya klassik ədəbiyyatı, müasir dünya ədəbiyyatının bariz inciləri ilə yanaşı tariximizi özündə əks etdirən ədəbiyyat nümunələri də, nümayiş olundu. Tədbirdə kitabxananın fəal oxucuları ilə yanaşı Tarix-Diyarşünaslıq Muzeyinin və Gəncə Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak etdi.