Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıl Şıxlı – 100

24.07.2019

23 iyul 2019-cu il tarixdə Goranboy rayon Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas pedaqoq və ictimai xadim, xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə Goranboy rayon Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşunaslıq Muzeyinin, Heydər Əliyev Mərkəzinin, 1 nömrəli şəhər Sənətkarlıq klubunun əməkdaşları da iştirak etdilər. Yubiley tədbirində Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Adilə Məmmədzadə görkəmli yazıçının həyat və yaradıcılığından ətraflı məlumat verdi. Sonda isə hər kəsin sevərək izlədiyi "Dəli Kür" filmi təqdim edildi.