Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

““Əkinçi”dən başlanan yol”

22.07.2019

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin Oxu zalında Azərbaycan Milli Mətbuat Günü qeyd edildi. 144 il əvvəl 1875-ci il iyul ayının 22-də görkəmli jurnаlist, аlim, pеdаqоq, mааrifçi-dеmоkrаt Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşr olunduğu gün Azərbaycan Milli Mətbuatının yaranması günüdür. Bu münasibətlə ““Əkinçi”dən başlanan yol” adlı sərgi-söhbət təşkil olundu. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Fəridə Qədimova tədbir iştirakçılarına Milli Mətbuat Gününün yaranması tarixindən, mətbuatımızın bu günündən ətraflı məlumat verdi.