Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hüseynqulu Sarabski – 140

19.07.2019

Goranboy rayon Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon Mədəniyyət Mərkəzinin, rayon Tarix-Diyarşünaslıq muzeyinin, Mərkəzi kitabxana sisteminin, 1 nömrəli şəhər klubunun əməkdaşları da iştirak etdilər. Tədbirdə rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Adilə Məmmədzadə Məcnun rolunun məhşur ifaçısı Hüseynqulu Sarabski haqqında tədbir iştirakçılara məlumat verdi. Sonda isə görkəmli opera mügənnisinin həyat və yaradıcılığından bəhs edən qısa metrajlı film nümayiş etdirildi.