Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Görkəmli şair - dramaturq Fəridə Əliyarbəylinin anadan olmasının 95 illiyi

02.07.2019

Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında, görkəmli şair - dramaturq Fəridə Əliyarbəylinin anadan olmasının 95 illiyi münasibətilə, teatrşünas - tənqidçi Anar Bürcəliyevin "Onun dünyası" kitabının təqdimatı keçirilib. Tədbirdə AYB Gəncə bölməsinin sədri və üzvləri, şəhər ziyalıları, kitabxananın oxucuları və şairin ailə üzvləri iştirak edirdi.Yazıçı və şairlər, Fəridə xanımı yaxından tanıyanlar onun yaradıcılığından , haqqında xoş xatirələrdən söz açdılar. Şairin həyat , yaradıcılığını, "onun dünyası"nı geniş və layiqincə qələmə alan müəllifə təşəkkürlərini bildirdilər. Tədbirdə Fəridə Əlyarbəylinin kitablarını əks etdirən sərgi və həyat yaradıcılığından bəhs edən video - slayd nümayiş etdirildi,

Sonda Anar Bürcəliyev3 saata yaxın çəkən bu tədbirdə həvəslə,maraqla , yorulmadan iştirak edənlərə, çıxış edənlərə, kitab haqqında ürək sözlərini bildirənlərə minnətdarlığını bildirdi və hər k\si mərhum şairin qəbrini ziyarətə dəvət etdi.

PS. gözəl şair və dramaturqFəridə Əliyarbəyli 1924-cü il iyulun 2-də Gəncə şəhərində anadan olub. Ədəbi fəaliyyətə 1939-cu ildə "Kirovabad bolşeviki" qəzetində çap olunan "A dağlar" adlı ilk şeri ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Gəncə şəhər zəhmətkeş deputatları sovetinin (bütün çağırışlar üzrə) deputatı, mədəniyyət və maarif işçiləri üzrə daimi komissiyasının sədri və üzvü olub. 1959 - 1989 cu illər ərzində Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri işləmişdir. Fəridə Əliyarbəyli 2012-ci ildə Gəncə şəhərində vəfat edib.