05.07.2019
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçirilib. Festivalda 150 ölkəni təmsil edən 3 minə qədər qonaq iştirak etmişdir. Festivala Bakı və Sumqayıt şəhəri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60 sənətkar, bölgələrdən 40-a yaxın sənətkar dəvət edilmişdir. Festivalda həmçinin Gəncə Regional Mədəniyyət İdarəsinin Naftalan şəhəri üzrə toxuma ustası Hadıyeva Cəmalə İlyas qızının əl işləri iştirakçılara təqdim olunmuşdur. Festival 3-7 iyul tarixlərdə keçiriləcəkdir.