Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Molla Pənah Vaqifin 300 illiyi

21.12.2017

 

 Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Gəncə regionunun dəstəyi və Azərbaycan Yazıçılar Birliyi (AYB) Gəncə bölməsinin təşkilatçılığı ilə Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş tədbir keçirildi.

AYB-in Gəncə bölməsindən verilən məlumata görə, tədbiri giriş sözü ilə AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova açıb. Sədr Molla Pənah Vaqif yaradıcılığı haqqında müfəssəl məlumat verərək bildirib ki, şair Azərbaycan ədəbiyyatında gerçəkliyin inikasını real ştrixlərlə öz əsərlərində elə bədii ifadələrlə işləyib ki, ədəbiyyatımızda inqilabi bir dönüş yaradıb.

Şair və yazıçılardan Aləmzər Əlizadə, Ramiz Təmkin, Ələsgər Əlioğlu, İqbal İsmayılov, İmamverdi Məmmədov, Nadir Ovçu və başqaları Vaqif yaradıcılığı haqqında öz fikirlərini bildiriblər, şairin əsərlərindən nümunələr söyləyiblər.

Sonda tədbir iştirakçıları M.P.Vaqifin kitablarından ibarət sərgiyə baxıblar.