Gəncə şəhər İcra Hakimiyyətinin və ilə, Gəncə regional Mədəniyyət İdarəsinin təşkilatı dəstəyi ilə, Məhsəti Gəncəvi Mərkəzində “Yarat İncəsənət Məkanın” təlimləri keçirildi. İbtidai sinif müəllimləri üçün “Muzeyi kəşf et”, “Liderlik və ictimai natiqlik” adlı təlimlər keçirildi.
Təlimləri “Yarat müasir incəsənət məkanı” təhsil departamentinin rəhbəri Səyyarə Hüseynli və “Yarat müasir incəsənət məkanı “nın ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Hökümə Kərimova keçdi.