Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər 5 №-li Uşaq Musiqi Məktəbinin Ağstafa şəhərində konserti

13.06.2019

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Z.Qayıbov adına 5 №-li Uşaq Musiqi Məktəbinin Ağstafa şəhər Uşaq Musiqi Məktəbində təqdim etdiyi konsert proqramı 15 İyun – Milli Qurtuluş gününə həsr olunmuşdur. Konsert Gəncə şəhər 5 №-li Uşaq Musiqi Məktəbinin xor kollektivinin ifa etdiyi Azərbaycan bəstəkarı Əfsər Cavanşirovun vətənpərvərlik mövzusunda yazdığı “Mübarək” mahnısı ilə başladı. Sonra məktəbin xalq çalğı alətləri orkestri, sazçalanlar ansamblı, nağaraçalanlar ansamblı, muğam üçlüyü, “Fantaziya” skripkaçalanlar ansamblı biri-birindən maraqlı musiqi nömrələri ifa etdilər. Proqrama Azərbaycan xalq, bəstəkar mahniları klassik musiqi daxil edilmişdir. Konsert böyük maraqla qarşılandı, sürəkli alqışlara səbəb oldu.