Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bölgələrdən bölgələrə”

18.06.2019

İyunun 18-də saat 15.30-da Bakı şəhəri Xəzər rayonu Mərdəkan Mədəniyyət sarayında “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək. Tədbirdə regional mədəniyyət idarələrinin əhatə etdiyi şəhər və rayonların xalq sənətkarlığını, mədəni irsini, incəsənətini əks etdirən sərgi təşkil ediləcək. Tədbir çərçivəsində yaradıcılıq festivalda fəal iştirak edən regional mədəniyyət idarələri, sənətkarlar, musiqi kollektivləri, incəsənət ustaları, habelə festivalın təşkilinə yüksək dəstək göstərmiş rayon-şəhər icra hakimiyyətləri mükafatlandırılacaq. Bədii hissədə nazirliyin regional idarələrini təmsil edən və festivalda fərqlənmiş musiqi kollektivləri və incəsənət ustalarının çıxışlarından ibarət konsert proqramı təqdim