Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hüquqlarımız azadlığımızın təminatçısıdır”

13.06.2019

13.06.2019-cu il tarixdə MKS-nin 24№li kitabxana filialı 18 iyun İnsan Hüquqları günü münasibətilə 2№li Peşə liseyində “Hüquqlarımız azadlığımızın təminatçısıdır” adlı dəyirmi masa keçirdi.

Tədbirdə Gəncə şəhər Kəpəz rayonu İcra hakimiyyətinin hüquqşünası Elnur Rəhi-mov, Kəpəz rayon Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın məsul katibi Lamiyə Məmmədova, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi, uşaqlarla işlər üzrə aparıcı məsləhətçi psixoloq Nuriyyə Məmmədova insan hüquqları və azadlığı mövzusunda məktəbliləri maarifləndirməklə və hüquq islahatları haqqında qəbul olunan yeniliklərdən danışdılar.

Peşə liseyinin direktoru Şahin Məhərrəmov da mövzu haqqında fikirlərini bildirdi və yaşından, cinsindən, mənsub olduğu dinindən aslı olmayaraq mövzunun hər kəs üçün aktual olduğunu söylədi.

Çıxış edənlər, məktəblilərin insan hüquqları ilə bağlı suallarını cavablandırdılar.