14.06.2019
Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyi Milli Qurtuluş günü ilə bağlı “Azərbaycan tarixinə qızıl hərflərlə yazılan tarix” adlı tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Ulduz Bağırova açaraq bildirib ki, tariximizə Milli Qurtuluş günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl qurtuluş və Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Heydər Əliyevdir.
Tədbirdə Heydər Əliyev Mərkəzi, MKS, Abidə mühafizəçiləri, Mərkəzi Mədəniyyət evi Rəsm Qalereyası və 922 saylı Hərbi Hissənin komandir və əsgərləri iştirak etmişdir.
Tədbirdə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan filmə baxış keçirilmişdir.