15.06.2019
Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qanlıkənd kənd kitabxana filialında 15 iyun – Milli Qurtuluş günü ilə əlaqədar olaraq tədbir keçirildi.
Tədbirdə Kəlbəcər rayon Yanğından Mühafizə İdarəsinin işçiləri, 1 saylı Uşaq baxçasının kollektivi, tibb məntəqəsinin işçiləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə kitabxananın müdiri Şövkət Həsənova açaraq Milli Qurtuluş günü ilə əlaqədar olaraq tədbir iştirakçılarına məlumat verdi. Yanğından Mühafizə İdarəsinin müdiri Tofiq Rzayev, Uşaq baxçasının müdiri Təranə Əliyeva çıxış edərək Ümumulli Lider Heydər Əliyevin 4 iyun hadisələri zamanı Azərbaycanın parçalanmasının qarşısının alınmasından, xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri geosiyasi zidiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyinin xilas etməsindən Dövlətimizin qorunub saxlanılması və azadlığımızın, müstəqilliyimizin qorunub saxlanılmasından danışdılar.
Tədbirdə Heydər Əliyevin kitablarından ibarət kitab sərgisi təşkil edilmiş. Uşaqların ifasında şeirlər söylənilmişdir.