Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan dövlətçiliyinin xilas günü”

14.06.2019

Gəncə şəhər Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar “Azərbaycan dövlətçiliyinin xilas günü” mövzusunda tədbir keçirildi Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Mərkəzdə yerləşən MKS-nin 16 nömrəli kitabxana filialı, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi ilə birlikdə 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar “Azərbaycan dövlətçiliyinin xilas günü” mövzusunda tədbir keçirdi. Tədbirdə universitet tələbələri iştirak edirdi. Tədbir bu möhtəşəm günlə bağlı gəncləri daha da maarifləndirmək və yaxın tariximizə yenidən nəzər salmaq məqsədi daşıyırdı. Tədbirdən öncə Mərkəzin əməkdaşı Sevinc Əhmədova iştirakçıları Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən müxtəlif sənədlərlə, fotoşəkillərlə, maraqlı ekspozisiyalarla tanış etdi. Tədbiri giriş sözü ilə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rəşad Əlizadə açaraq, Azərbaycan xalqının ən ələmatdar bayramlarından olan 15 iyun Milli Qurtuluş günü münasibətilə iştirakçəıları təbrik etdi. O, qeyd etdi ki, Azərbaycanın yeni tarixinin yeni bir mərhələsi XX əsrin böyük dövlət xadimi, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev “Mənim üçün hər şeydən əziz mənim xalqım, mənim vətənim, mənim torpağımdır” fikirləri ilə həmişə xalqına necə bağlı olduğunu bəyan edib. Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova çıxış edərək bildirdi ki, möhtəşəmliyi ilə qürur duyulan bu mərkəzdə Milli Qurtuluş günü ilə bağlı tədbirin keçirilməsi təsadüfi deyil. Çünki, Milli Qurtuluş günü Ümummilli lider Heydər Əliyevin ölkəmizi böhrandan çıxarmasında, müstəqilliyimizin möhkəmlənməsində, dövlətimizin beynəlxalq aləmdə tanınıb və uğur qazanmasında müstəsna xidmətləri kimi qiymətləndirilərək bayram kimi qeyd olunur. Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva “Müstəqillik dövrünün başlanğıcı” mövzusunda mühazirə oxudu. O qeyd etdi ki, ömrünü dövlətimizin möhkəmlənməsinə, gələcək inkişafına sərf etmiş Ulu Öndərin müdrikliyi, üzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq, gələcəyə inamla baxan bir dövlətə çevrildi. Mərkəzdə yerləşən MKS-nin 16-№-li kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova çıxış edərək bildirdi ki, bu gün Azərbaycan müstəqil dövlət olaraq mətinliklə irəliləyir, inkişaf edir, güclənir, qazandığı uğurlarla nüfuzunu yüksəldir. Heydər Əliyevin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan onun həmişəyaşar ideyalarından ilham alaraq, gələcəyə doğru inamla addımlayır. Tədbirin sonunda Milli Qurtuluş gününə həsr olunmuş film nümayiş etdirildi.