Naftalan şəhər Uşaq Musiqi Məktəbində 15 İyun – Milli Qurtuluş günü münasibətilə tədbir keçirildi.
İlk öncə məktəbin direktoru Almaz Əliyeva çıxış edərək bayram münasibətilə kollektivi təbrik etdi. Məktəbin müəllimi Esmira Qəhrəmanova Qurtuluş günü barədə tədbir iştirakçılarına məlumat verdi.
Daha sonra məktəbin müəllimlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, xalq muğam, dəraməd və rəqsləri dinlənildi.