Gəncə şəhər MKS Mərkəzi kitabxanasının kollektivi, açıq havada ilin yubilyar şair və yazıçılarına , musiqi və incəsənət xadimlərinə həsr olunmuş kitab sərgisi təşkil etmişlər. Sərgi ilə yüzlərlə insan maraqlanmış, kitabxana əməkdaşlarının verdiyi informasiya əsasında məlumatlanmışlar.