27.05.2019
27.05.2019 - cu il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı Bülbül adına 3 saylı musiqi məktəbində “Doğmadan doğmasan, ey ana yurdum” adlı ədəbi - bədii gecə keçirtdi. Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət Himni səsləndirildi. Sonra Kitabxananın müdiri Natella Hacıyeva, musiqi məktəbinin şöbə müdiri Svetlana Əsgərova mövzu ilə əlaqədar danışdılar. Sonra kitabxananın fəal oxucuları “Bayatı - Şiraz” muğamının sədaları altında səhnəyə daxil olaraq, Vətənə, Azərbaycana həsr edilmiş, şeirlər, mahnılar,rəqslər ifa etdilər. Tədbirdə iştirakçılar mövzu ilə əlaqədar “Respublikanın ad günü” adlı sərgi ilə tanış oldular.