27.05.2019
Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin 6 №-li Gənclər kitabxanası açıq havada "Bu cahana sığmayan" dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kitab sərgisi təşkil etmişdir.
Sərgidə orta məktəb şagirdləri, tələbə-gənclər, şəhər əhalisinin müxtəlif yaş qrupundan olanlar iştirak etdilər. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verildi.