27.05.2019
Gəncə şəhər Heydər Əliyev Mərkəzi və mərkəzdə yerləşən 16 №-li kitabxana filialı birlikdə, 28 May – Respublika günü münasibəti ilə “Əyilməyən vüqarımsan Azərbaycan“ adlı mövzu gecəsi keçirdi.
Tədbirdə Gəncə şəhər 24 №-li tam orta məktəbinin müəllim və 9-cu sinif şagirdləri iştirak etdilər.
Tədbirdən əvvəl şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında geniş məlumat verildi. Azərbaycan Xalq Cümhuriyyəti, onun yaranmasını və tarixini əks etdirən kitablardan ibarət sərgi təşkil olundu.
Tədbirdə çıxış edən mərkəzin direktor əvəzi İlknur İsgəndərova 28 may tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirdi. Bu gün Azərbaycanın Müstəqil dövlət kimi inkişafından danışdı.
Sonra Gəncə şəhər 24 №-li tam orta məktəbin tarix müəllimi Vüsalə Məmmədova “Azərbaycan Xalq Cümhuriyyəti: müstəqiilik tariximizin uca zirvəsidir” adlı məruzə etdi. Mərkəzin elmi işçisi Gülər Ellazova çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə xüsusi qiymət verən Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin memarı kimi fəaliyyətindən bəhs etdi.
Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyəti haqqında hazırlanmış video çarx nümayiş olundu.