Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində hesabat konserti

31.05.2019

Xocalı şəhər 3 №li Uşaq Musiqi Məktəbinin akt zalında Xocalı rayon Mədəniyyət evinin və Xocalı şəhər 3 №-li Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 2018/2019 tədris ilinin yekununa həsr olunmuş konsert proqramı oldu.

Tədbirdə rayon Mədəniyyət evinin, MKS-nin, 3 №-li Uşaq Musiqi Məktəbinin kollektivi və şagirdlərin valideynləri iştirak etdi.

Xocalı şəhər 3 №-li Uşaq Musiqi Məktəbinin direktoru Rüstəm Hümbətov tədbir iştirakçılarını salamladıqdan sonra məktəbin fəaliyyəti haqqında məlumat verdi.

Məktəbin müəllimlərinin və şagirdlərin ifasında səslənən musiqilər tədbir iştirakçıları tərəfindən xoş ovqatla dinlənildi.

Daha sonra məktəbin fəaliyyətində fərqlənən müəllim və şagirdlər fəxri fərmanla təltif edildi.

Sonda məktəbi bitirən məzunlarla tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.