Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Seyid Şuşinskinin – 130

31.05.2019

Samux rayon Heydər Əliyev Mərkəzində öncədən elan etdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi sərəncama əsasən, Azərbaycan muğam sənətinin nadir incilərindən olan Seyid Şuşinskinin – 130 illik yubileyinə həsr edilmiş tədbir baş tutdu. Tədbir Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbi və Mədəniyyət Mərkəzi ilə birgə təşkil edilmişdir. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova muğamlarımızın bizim həyatımızda tutduğu əvəzedilməz rolundan danışdı. Çıxış üçün söz Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayonu üzrə baş məsləhətçisi Süleyman Əliyevə verildi. O, öz çıxışında bu gün muğama olan dövlət qayğısından, Seyid Şuşinskinin həyat və yaradıcılığından danışdı. Samux rayon Mədəniyyət Mərkəzinin direktoru Şəlalə Tağıyeva da öz növbəsində Azərbaycan muğamatının formalaşmasında müstəsna xidmətləri olan Seyid Şuşinskinin həyatından maraqlı faktları sadaladı. Tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii hissəsi “muğam gecəsi” başladı. Bir-birini əvəz edən möhtəşəm muğam nümunələrinə Samux rayon Mədəniyyət Mərkəzinin kütləvi iş təşkilatçısı Göyçəyin Hüseynova səsləndiriyi lirik şeirlər xüsusi bir ahəng qatdı. Gələcəyin xanəndələrinin və Zəminə Nuriyevanın ifasında Şahnaz, Dilkeş, Simayi-Şəms, Heyratı və s. Jalə Orucovanın “Sarı gəlin” xalq mahnısını ifası isə tədbirə başqa bir rəng qatmış oldu.