Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü

01.06.2019

Gəncə şəhər MKS-nin 13 №li kitabxana filialı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə “Nağıllar aləminə səyahət”, “Mənim nağıllı dünyam” adlı sərgi təşkil edildi. Sərgi Gəncə şəhər Heydər Əliyev adına parkda yerləşən “Gəncland İstirahət Kompleksində” sərgiləndi. Sərgilənən kitablar arasında müxtəlif yaş qruplarını əhatə edən azərbaycan və rus dilində, vətənpərvərlik mövzusunda olan kitablar, uşaq ədəbiyyatı-nağıllar, tapmacalar, atalar sözləri, uşaq ensiklopediyaları və s. kitablar yer almışdır. Kitabxananın böyük kitabxançısı Günel Əliyeva ilk öncə uşaqları bayram münasibəti ilə təbrik etdi, onlara əmin-amanlıq və dərslərində müvəffəqiyyətlər arzuladı və onlara sərgidəki kitablar haqqında ətraflı məlumat verdi.