Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“28 may milli dövlətçilik tariximizin qürur səhifəsidir

29.05.2019

Goranboy rayon Mərkəzi Kitabxana Sisteminin işçiləri, rayon 1 №-li tam orta məktəbin kollektivi ilə birlikdə “28 may milli dövlətçilik tariximizin qürur səhifəsidir” adlı tədbir keçirdilər. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxana Sisteminin Oxu zalının müdiri Sevda Əliyeva açaraq tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi, Azərbaycan Respublikasının dövlətçilik tarixindən danışdı.

1 №-li tam orta məktəbin direktoru Səidə Məmmədovaya söz verildi. Məktəbin tarix müəllimi Gülşən Şirinova müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət – AXÇ-nin (1918-1920) keşməkeşli yolundan danışdı. 1 №-li məktəbin şagirdləri Nazilə Binnətova, İlqarə Üluxanova, Fidan Allahverdiyeva, Kənan Əhmədov, İsixan Əliyev 28 may Respublika gününə həsr olunmuş şerlər söylədilər.

Sonda tədbir iştirakçıları “28 may Respublika günü” başlıqlı kitab sərgisi ilə tanış oldular.