Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

28 May – Respublika günüdür

27.05.2019

Kəlbəcər rayon Mərkəzi Kitabxana Sistemində Azərbaycan Demokratik Respublikasının yaranması ilə əlaqədar “28 May – Respublika günü” başlığı altında tədbir keçirildi.

Tədbirdə Xidmət şöbəsinin kitabxanaçısı Tamella Məhərrəmova, Uşaq şöbəsinin müdiri Günel Qasımova çıxış edərək bildirdilər ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çox əsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı, dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin intellektual və mədəni potensialının yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

Tədbirdə 9 saylı məktəbin şagirdləri vətənə, bayrağa aid şerlər söylədilər. Tədbirdə 28 May – Respublika gününə həsr olunmuş kitab sərgisi təşkil edilmişdir.