27.05.2019
Naftalan şəhər Uşaq Musiqi Məktəbində 28 May – Respublika gününə həsr edilmiş “Mənim Azərbaycanım” adlı tədbir keçirildi.
Tədbirdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq mahnıları səsləndirildi.
Məktəbin direktoru Almaz Əliyeva tədbir zamanı Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində iştirak edən müəllim, şagird, konsertmeysterləri təşəkkürnamə ilə saz aləti üzrə müsabiqənin
II turuna vəsiqə almış Əliyev Saleh Valeh oğlu və müəllimini fəxri fərmanla təltif etdi.