27.05.2019
Goranboy rayon Düzqışlaq kənd Uşaq Musiqi Məktəbində 28 May – Respublika günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri məktəbin direktoru Kazım İsmayılov açaraq, 28 May – Respublika gününün Azərbaycan Xalq Cumhuriyyətinin əsasının qoyulduğu gün olduğunu qeyd etdi. Sonra şagirdlərin ifasında musiqi nömrələri dinlənildi və sərgiyə baxış oldu.