27.05.2019
Gəncə şəhər MKS-nin Uşaq şöbəsində 28 May – Respublika günü münasibətilə “Azad və demokratik dövlətimiz milli iftixarımızdır” başlığı altında ədəbi-bədii gecə keçirildi.
Azərbaycan Dövlət Himninin möhtəşəm sədaları altında açıq elan edilən tədbirdə 14 №-li tam orta məktəbin müəllimləri, şagirdləri və kitabxananın oxucuları iştirak etdilər.
Uşaq kitabxanasının şöbə müdiri Ellada Rəhimova iştirakçıları salamlayaraq onları bayram münasibətilə təbrik etdi. İştirakçılara Demokratik Cümhuriyyətin yaranması tarixindən, bu gün müstəqil dövlətimizin inkişafından, gündən-günə çiçəklənməsindən danışdı.
Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, Ə.Topçubaşovun, S.Mehmandarovun və başqalarının çox böyük rolundan, bu gün mütəqilliyimizin qorunub saxlanmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz fəaliyyətindən bəhs etdi.
Sonra söz şagirdlərə verildi. Onlar S.Şirinin”Müstəqillik bayramı, R.Yusifoğlunun ”Gözün aydın Azərbaycan”, B.Vahabzadənin “Azərbaycan oğluyam”, M.Arazın “Azərbaycan dünyam mənim” T.Bayramın “Azərbaycan deyəndə”, M.Arazın “Ayağa dur Azərbaycan” və s. şeirlərini səsləndirdilər. Bütün tədbir boyu “Müstəqillik bayramı” başlığı altında video-çarx nümayiş olundu.
Şagirdlərin şən mahnı və rəqsləri tədbiri daha da rəngarəng etdi. Məktəblilərin ifasında səslənən “Çırpınırdı Qara Dəniz” mahnısı tədbir iştirakçılarına qürur və fərəh dolu unudulmaz anlar yaşatdı.
Ədəbi-bədii gecə Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətini əks etdirən “Müstəqilliyimiz milli sərvətimizdir” başlığı altında kitab sərgisi ilə başa çatdı.