Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmadəddin Nəsimiyə həsr olunmuş dəyirmi masa

22.05.2019

Xocalı rayon Mədəniyyət evində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə dəyirmi masa keçirildi. Tədbirdə Xocalı rayon Mədəniyyət evinin, Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Xocalı şəhər 5 saylı klubun işçiləri iştirak etdi.

Xocalı rayon Mədəniyyət evinin bədii rəhbəri Təranə Qasımova böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığından geniş məlumat verdi.

Rayon Mədəniyyət evinin direktoru Orxan Məmmədov çıxış edərək bildirdi ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması, ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.

Sonda şairin bir neçə qəzəli tədbir iştirakçılarının diqqətinə çatdırıldı.