Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Məqalələrim,Oçerklərim,Ressenziyalarım və Müsahibələrim”

22.05.2019

Bu gün Mərkəzi Kitabxananın oxu zalında , Teatrşünas-tənqidçi, “ MUĞAN-MEDİA” Beynəlxalq mükafatı laureatı,Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Yazıçılar Birliyinin üzvü Anar Bürcəliyevin sayca beşinci olan “Məqalələrim,Oçerklərim,Ressenziyalarım və Müsahibələrim” kitabının təqdimatı keçirildi. Tədbirdə Şəhər ziyalıları, yazıçı və şairlər, elm və sənət adamları, oxucular iştirak edirdi.

Kitabın elmi redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, respublikanın əməkdar artisti Xəzər Gəncəli kitab haqqında, onun əhəmiyyəti haqqında iştirakçılara geniş məlumat verdi. Yazıçı – dramaturq Nüşabə Məmmədli, AYB Gəncə bölməsinin sədri , şair Xəzangül Hüseynova, yazıçı Qərib Mehdi, şairə Aləmzər Əlizadə, yazıçı – dramaturq Sahib İbrahimli,filologiya üzrə fəlsəfə doktoru, AMEA Gəncə filialının şöbə müdiri Ruziyyə Quliyeva və başqaları Azərbaycan ədəbi və mədəni mühitinə yeni bir töhfə olan kitab haqqında öz fikirlərini söylədilər. Müəllif Anar Bürcəliyev kitabın necə ərsəyə gəlməsindən, əsas məqsədinin unudulmuş sənətkarları yada salmaq, yeni nəslə tanıtdırmaq və bundan məmnunluq duyduğundan bəhs etdi və kitablarını kitabxanamıza hədiyyə etdi. Tədbir çox maraqlı keçdi və iştirakçılar tərəfindən çox razılıqla qarşılandı.