20.05.2019
Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında sərəncamı ilə əlaqədar Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının yaradıcılığına həsr edilmiş silsilə tədbirlərdən biri keçirildi.
Tədbiri açıq elan edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Cəfər Cabbarlının ədəbiyyatımızda tutduğu mövqeyindən, onun yaradıcılıq irsinin gələcək nəslə çatdırılmasının vacibliyindən danışdı. O, çıxışında həmçinin bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəfər Cabbarlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Samux rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülay Namazova da öz çıxında böyük dramaturqun yaratdığı obrazların rəngarəngliyindən, onun əsərlərində dövrün çatımazlıqlarından danışdı.
Uşaqlarla birlikdə Cəfər Cabbarlının əsərləri müzakirə edildi.